Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.05.2026 | 21:02 | Baxılıb: 5413
Serbiya Hərbi Təhlükəsizlik Agentliyi (VBA) Serbiya və Macarıstanı birləşdirən strateji qaz kəmərində planlaşdırılan diversiya aktının qarşısının alındığını açıqlayıb.

“gece.ws” TASS agentliyinə istinadən xəbər verir ki, VBA direktoru Djuro Yovaniç xarici vətəndaşın qaz infrastrukturunu partlatmağı planlaşdırdığını bildirib.

Agentlik rəhbərinin sözlərinə görə, çağırış yaşlı miqrantlardan ibarət qrup üzvlərindən birinin qaz kəmərinə qarşı sabotaj cəhdi barədə əvvəlcədən kəşfiyyat məlumatları daxil olub:

“Ərazidə tapılan partlayıcı maddələrin üzərində onların ABŞ istehsalı olduğunu göstərən izlər aşkarlanıb”.

Xatırladaq ki, bu gün Serbiya Prezidenti Aleksandr Vuçiç Macarıstanın Baş naziri Viktor Orbanla telefon danışığı zamanı qaz kəmərindən cəmi bir neçə yüz metr aralıda güclü partlayıcı qurğu və detonatorların tapıldığını bəyan etmişdi. Bu hadisədən sonra Macarıstan tərəfi qaz kəmərinin öz ərazisindən keçən hissəsini hərbi mühafizəyə götürüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.