Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.27.2025 | 20:02 | Baxılıb: 1897
Ermənistanın Baş naziri Nikol Paşinyan Estoniyaya rəsmi səfərə gedib.

“gece.ws” xəbər verir ki, bu haqda erməni KİV məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Nikol Paşinyan Estoniya Prezidenti Alar Karis ilə görüşəcək.

Həmçinin, onun Estoniyanın Baş naziri Kristen Mixal ilə də danışacağı, ondan sonra görüşün geniş tərkibdə davam etdiriləcəyi bildirilir.

Görüşdən sonra Ermənistan və Estoniyanın baş nazirləri mətbuata açıqlamalar verəcəklər.

Paşinyanın Estoniya parlamentinin sədri Lauri Xussarla görüşü də planlaşdırılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.