Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.11.2026 | 16:00 | Baxılıb: 3105
Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 28-29-da Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak etməyəcəyini açıqlayıb.

“gece.ws” xəbər verir ki, bu haqda Paşinyan jurnalistlərlə söhbəti zamanı deyib.

“Ermənistanı baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək”, - o qeyd edib.

Paşinyan əlavə edib ki, aprelin 1-də Moskvada keçirdiyi görüşdə qərarını Rusiya Prezidenti Vladimir Putinə çatdırıb. O, Qazaxıstan lideri Kasım-Jomart Tokayevə də məlumat verib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.