
“gece.ws” xəbər verir ki, o, bunu Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində dövlət qulluqçuları ilə görüşü zamanı deyib.
Paşinyanın sözlərinə görə, seçkilərdən sonrakı proses siyasi qüvvələrə Konstitusiya ilə bağlı mövqelərini cəmiyyətə təqdim etmək imkanı verəcək və sonda çoxluq qazanan siyasi qüvvənin mövqeyi yeni Konstitusiya layihəsinin formalaşmasında həlledici rol oynayacaq.