Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.07.2026 | 13:17 | Baxılıb: 1941
Ermənistan Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək paradda iştirak etməyəcək.

“gece.ws” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Paşinyan hökumətin iclasında açıqlayıb. 

O bildirib ki, seçkiqabağı kampaniya səbəbindən parada qatılmayacaq.

Paşinyan həmçinin əlavə edib ki, aprelin 1-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı onu bu barədə məlumatlandırıb.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.