
“gece.ws” “Armenia Today”ə istinadən xəbər verir ki, hökumət rəhbəri artıq müvafiq materialların hazırlandığını bildirib.
Paşinyan mitinqdəki çıxışında hüquq-mühafizə orqanlarına konkret tapşırıq verdiyini gizlətməyib:
“Sabah Milli Təhlükəsizlik Xidməti müəyyən olunmuş qaydada İstintaq Komitəsinə rəsmi məlumat göndərəcək. Gözləyirik ki, Andranik Tevanyana qarşı vətənə xəyanət maddəsi ilə cinayət işi açılsın”.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.