Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.30.2026 | 17:29 | Baxılıb: 1167
“Dövlətin imkanları artdıqca Ermənistan sərhədçiləri İran və Türkiyə ilə sərhədin müəyyən hissələrində mərhələli şəkildə yerləşdiriləcək”.

“gece.ws” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan brifinq zamanı açıqlama verib. 

“Biz həm də rusiyalı sərhədçilərə sərhədin mühafizəsinə görə ödəniş edirik. Elə hallar olub ki, rusiyalı tərəfdaşlarımız ödənişin artırılması məsələsini qaldırıblar, çünki mövcud vəsait bu xidmətin göstərilməsi üçün kifayət deyil”, - o deyib.

O, ödənişin artırılmasına xərclənə biləcək vəsaitin Ermənistanın öz sərhədçilərinin imkanlarının genişləndirilməsinə yönləndirilməsinin məqsədəuyğunluğu məsələsini nəzərdən keçirdiklərini bildirib. 

Paşinyanın sözlərinə görə, rusiyalı tərəfdaşlar Ermənistan üçün məqbul olan məbləğ qarşılığında işləməyə davam edə bilərlər, qalan hissəni isə ermənistanlı sərhədçilər mərhələli şəkildə nəzarətə götürəcəklər. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.