Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.29.2026 | 18:46 | Baxılıb: 4173
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün İrəvanda kilsədə hücuma məruz qalıb.

“gece.ws” TASS-a istinadən xəbər verir ki, hadisə Müqəddəs Anna kilsəsində baş tutan ayindən sonra qeydə alınıb.

Belə ki, Paşinyan ayindən sonra kilsəni tərk edərkən vətəndaşlardan biri öz narazılığını bildirməyə başlayıb və Baş nazirin mühafizəçilərindən ona baxmamağı tələb edib.

Bunun ardınca, başqa bir şəxs Paşinyana zərbə endirməyə çalışıb. Lakin ölkənin Təhlükəsizlik Xidmətinin əməkdaşları ona mane olub. Daha sonra tərəflər arasında qarşıdurma yaranıb.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan insidentlə bağlı ümumilikdə 3 nəfərin saxlanıldığını açıqlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.