Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.18.2026 | 12:08 | Baxılıb: 2747
Ermənistan hökuməti mayın 28-i ölkədə geniş hərbi parad keçirməyi planlaşdırır.

“gece.ws” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Hraparak” qəzeti yayıb.

Qəzet parlament seçkilərindən 10 gün öncə təşkil olunacaq bu paradın ölkənin Baş naziri Nikol Paşinyanın PR-ı məqsədilə keçiriləcəyini iddia edib.

Tədbirə hazırlıqların hələ ötən ilin dekabrından başladığı və hazırda məşqlərin davam etdiyi bildirilib.

Xatırladaq ki, Ermənistanda iyunun 7-si parlament seçkiləri keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.