
“gece.ws” xəbər verir ki, bu haqda “NBC” telekanalı Konqresdəki və Kaliforniya ştatındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, 85 yaşlı Pelosi təxminən 40 ildir təmsil etdiyi San-Fransiskodan gələn il Nümayəndələr Palatasına yenidən seçilməkdən imtina edə bilər. O, bu qərarı noyabrın 4-də yenidən bölüşdürmə təşəbbüsü ilə bağlı səsvermədən sonra elan edə bilər.
ABŞ Demokratik Partiyası 2026-cı il aralıq Konqres seçkilərində əlavə yerlər qazanmağa ümid etdikləri üçün bu cür islahatların tərəfdarıdır.
Pelosinin mətbuat katibi Yan Krager keçmiş spikerin Nümayəndələr Palatasına yenidən seçilmək niyyətində olub-olmaması ilə bağlı şərh verməkdən imtina edib.
O vurğulayıb ki, siyasətçi hazırda bütün diqqətini yenidən bölüşdürmə təşəbbüsünün təşviqi kampaniyasına cəmləyib.