Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.19.2026 | 23:45 | Baxılıb: 5265
Pentaqonun sözçüsü ABŞ-yə məxsus F-35 qırıcısının İran üzərində döyüş tapşırığı yerinə yetirdikdən sonra Yaxın Şərq hava bazasına təcili eniş etdiyini açıqlayıb.

“gece.ws” xarici KİV-ə istinadən xəbər verir ki, pilotun vəziyyətinin stabil olduğu, insidentlə bağlı araşdırmalara başlanıldığı bildirilir.

ABŞ Müdafiə Nazirliyi rəsmi mətbuat şərhində, “ABŞ F-35 təyyarəsinin İran üzərində döyüş missiyasını yerinə yetirdikdən sonra ABŞ-nin regional aviabazasına təcili eniş etdiyi barədə xəbərlərdən məlumatlıdır. Təyyarə təhlükəsiz şəkildə eniş edib”, - deyib.

Qeyd edək ki, İranın rəsmi dövlət radiosu (VOI) İslam Respublikasının tarixdə ilk dəfə olaraq ABŞ Hərbi Hava Qüvvələrinə məxsus beşinci nəsil F-35 qırıcı təyyarəsini vurması haqda məlumat yayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.