Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Peskov qalmaqallı səs yazısına münasibət bildirdi
 
						Peskov qalmaqallı səs yazısına münasibət bildirdi
Əlavə olunub: 07.09.2025 | 15:19 | Baxılıb: 8488
Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Moskva və Çini bomba ilə hədələdiyi səs yazısına münasibət bildirib.

“gece.ws” xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.

“Söhbət Trampın hələ ABŞ prezidenti olmadığı dövrdən gedir. Rusiya lideri Vladimir Putin Tramp ABŞ-nin rəhbəri olmayanda onunla telefon danışığı aparmayıb. Bununla bağlı Ağ Evə sorğu göndərməliyik”, - o bildirib.

Qeyd edək ki, CNN tərəfindən ABŞ Prezidenti Donald Trampın Rusiya və Çini bomba ilə hədələdiyi 2024-cü ilə aid səs yazısı yayımlanıb. Onun həmkarları ilə danışıqlarda rus qoşunlarının Ukrayna sərhədini keçəcəyi və Çinin Tayvana hücum edəcəyi təqdirdə birbaşa bombardmanla hədələdiyi bəlli olur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.