Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.20.2026 | 06:09 | Baxılıb: 4731
Tanınmış türkiyəli şoumen Mehmet Ali Erbil şəxsi həyatı və açıqlamaları ilə yenidən gündəmə gəlib.

“gece.ws” xəbər verir ki, o, qatıldığı proqramda babasının şeyxin nəvəsi olduğunu bildirərək, diqqətçəkici bir iddia irəli sürüb.

“Mərhum babam şeyx nəslindən idi, ona görə də, təbii ki, mənim nəslim də eynidir”, - şoumen qeyd edib.

Proqramın aparıcısı Erbilə “Deməli, sən də Peyğəmbərin nəslindənsən” deyərək şərh verib və şoumen bu fikri təsdiqləyib.

Proqram zamanı Erbil uşaqlığı və ailəsi ilə bağlı səmimi açıqlamalar da verib, ailəsindən kifayət qədər sevgi görmədiyini bildirərək, duyğulu anlar yaşayıb.

Qeyd edək ki, Mehmet Ali Erbilin mənşəyi İraqla bağlıdır. Onun babası kürd Şeyx Esede Erbili 1835-ci ildə İraqın Ərbil şəhərində anadan olub. Atası məşhur aktyor Səadəttin Ərbildir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.