
“gece.ws” xəbər verir ki, bu barədə İran prezidentinin Mətbuat xidməti bəyanat yayıb.
“Pezeşkian görüşün səmimi şəraitdə keçdiyini, müzakirələrin təxminən iki saat yarım davam etdiyini bildirib”, - məlumatda deyilir.
Qeyd edək ki, bu, Xamenei ilə Pezeşkianın şəxsi görüşü barədə ilk rəsmi məlumatdır. Martın 12-də İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai Ali Liderin ABŞ və İsrailin zərbələri nəticəsində yaralandığını təsdiqləmişdi. Hərbi əməliyyatların başlanmasından indiyədək Müctəba Xamenei ictimaiyyət qarşısına çıxmayıb, onun bütün müraciətləri isə yazılı formada dərc edilib.