Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.23.2026 | 16:50 | Baxılıb: 1568
İran Prezidenti Məsud Pezeşkian Pakistana birgünlük dövlət səfərinə gedib.

“gece.ws” PTV-yə istinadən xəbər verir ki, İran liderini ölkənin xarici işlər naziri Abbas Əraqçi müşayiət edir. 

İran nümayəndə heyətini Nur Xan aviabazasında Pakistan Prezidenti Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif və xarici işlər naziri İshaq Dar qarşılayıblar. 

Səfərin gündəliyinə Tehran və İslamabad arasında ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi, eləcə də ABŞ-İran münaqişəsinin həlli istiqamətində Pakistanın vasitəçilik səyləri ilə bağlı məsləhətləşmələr daxildir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.