Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.13.2026 | 16:26 | Baxılıb: 6103
İran Prezidenti Məsud Pezeşkian bu gün Tehranda Qüds Günü ilə bağlı keçirilən yürüşdə iştirak edib.

“gece.ws” xəbər verir ki, M.Pezeşkian bu barədə instaqram hesabında görüntülər paylaşıb.

Görüntülərdə onun şəhər küçələrində sərbəst hərəkət etdiyi, vətəndaşlarla şəkil çəkdirdiyi əks olunub. 

İran mediasının məlumatın görə isə Tehranda mitinqin keçirildiyi yerin yaxınlığında güclü partlayış səsləri eşidilib, lakin iştirakçılar yürüşü davam etdiriblər. 

Xatırladaq ki, Qüds Günü hər il Ramazan ayının sonuncu cümə günü keçirilir. Tədbirin keçirilməsində məqsəd Fələstin xalqı ilə həmrəliyi nümayiş etdirməkdir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.