
“gece.ws” xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Bildirilib ki, açılış mərasimi zamanı dövlət televiziyasının müxbiri Pezeşkiana müraciət edərək, “Biz canlı yayımdayıq. Vaxtınızı düzgün idarə etsəniz, minnətdar olarıq”, – deyib.
Bu ifadəyə reaksiya verən Pezeşkian isə “Yayımlamayın, fərqi yoxdur, öz işimizi görəcəyik”, – cavabını verib.
Prezidentin bu reaksiyasından dərhal sonra İran dövlət televiziyası mərasimin canlı yayımını dayandırıb.
Hadisə ölkə ictimaiyyətində və mediada geniş müzakirələrə səbəb olub.