Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.03.2026 | 18:11 | Baxılıb: 2433
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin adı gündəmə gəlib.

“gece.ws” Newsport.az-a istinadla xəbər verir ki, AFFA əməkdaşı Fərhad Ələkbərov PFL-in tarixində 3-cü prezident ola bilər.

Mənbənin bildirdiyinə görə, Fərhad Ələkbərov punktuallığı, peşəkarlığı və savadı ilə seçilən şəxslərdəndir. O, müxtəlif layihələrin hazırlanması və həyata keçirilməsində aktiv iştirak edib, təşkilatçılıq bacarığı ilə diqqət çəkib.

Bununla yanaşı, iş prinsiplərində kifayət qədər sərt və qətiyyətli mövqeyi ilə tanınır. Təbii ki, hələlik bu məsələ ilə bağlı rəsmi qərar açıqlanmayıb. Lakin adıçəkilən namizədlər arasında Fərhad Ələkbərovun da müzakirə olunması AFFA və PFL ətrafında maraqlı gözləntilər formalaşdırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.