
“gece.ws” xəbər verir ki, bu barədə “Deadline” portalı məlumat yayıb.
Məlumata görə, film İran ətrafındakı münaqişə zamanı “F-15E Strike Eagle” qırıcısının qəzaya uğramasından sonra ABŞ hərbçilərinin genişmiqyaslı xilasetmə əməliyyatından bəhs edəcək.
Film professor və sənədli əsərlərin müəllifi Mitçell Zukoffun kitabı əsasında lentə alınacaq. Kitab 2027-ci ildə işıq üzü görəcək. Rejissorun sözlərinə görə, yeni film son illərin ən mürəkkəb xilasetmə əməliyyatlarından birində ABŞ hərbçilərinin qəhrəmanlığı və fədakarlığına həsr olunacaq.
Xatırladaq ki, aprelin 3-də İranın hava məkanında vurulan “F-15E Strike Eagle” qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilas edilməsi əməliyyatı ötən ay dünya mediasında müzakirə edilən əsas mövzulardan birinə çevrilmişdi.