
“gece.ws” “El Pais” nəşrinə istinadən xəbər verir ki, bir kişi kompleksin ikinci ən böyük piramidası olan Ay piramidаsına qalxaraq turistlərə 20 dəfədən çox atəş açıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, azı 13 nəfər yaralanıb. Ölən şəxs Kanada vətəndaşıdır. Yaralılar arasında Kolumbiya, Kanada, Rusiya, Braziliya və ABŞ-dən olan turistlərin olduğu bildirilir.
Həmin şəxs isə daha sonra intihar edib.
Qeyd edək ki, Teotiuakan arxeoloji kompleksinin ən qədim tikililəri Günəş və Ay piramidalarıdır. Kompleks 1987-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.