
“gece.ws” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüşdə ingiltərəli hücumçu tarixi bir performans nümayiş etdirib.
İlk hissədə “poker” edən (3, 32, 33 və 45+1-ci dəqiqələrdə) 25 yaşlı futbolçu UEFA-nın texniki müşahidəçiləri tərəfindən matçın ən yaxşı oyunçusu mükafatına layiq görülüb. Qordon cəmi 45 dəqiqə ərzində oyunu təkbaşına həll edərək “Nyukasl”ın 6:1 hesablı darmadağınına ən böyük töhfəni verib.