Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.13.2026 | 11:28 | Baxılıb: 1015
Aprelin 11-də və 12-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 7 avtomat silahı, 1 pulemyot, 1 tapança, 2 qumbara aşkar ediblər.

“gece.ws” xəbər verir ki, bundan başqa 3 alışdırıcı, 19 patron darağı və 526 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.