Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.30.2026 | 17:16 | Baxılıb: 3922
Paytaxtın Xəzər rayonu ərazisində bir qrup şəxsə qarşı dələduzluqda ittiham edilən makler barəsində həbs-qətimkan tədbiri seçilib.

“gece.ws"in əldə etdiyi məlumata görə, daşınmaz əmlakın və torpaq sahələrinin sənədləşdirilməsi vədi ilə 10 nəfərdən yarım milyon manatdan çox pul alan 60 yaşlı Elxan Abbasov barəsində Xəzər Rayon Məhkəməsi qərar çıxarıb.

Barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə iş açılan şəxs barəsində istintaq müddəti üçün 4 aylıq həbs qətimkan qərarı verilib.

Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsində istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Elxan Abbasov əmlak rieltoru (makler) kimi tanınıb.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.