Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.17.2026 | 20:27 | Baxılıb: 4972
Gəncədə məktəblini qətlə yetirməkdə ittiham edilən Rihat Cəfərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“gece.ws” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, R.Cəfərov 10 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib. 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli tanışı R.Cəfərov tərəfindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, mərhum Vaqif Rəfibəylinin atası uzun illər ədliyyə sistemində çalışmış polkovnik-leytenant Rövşən Rəfibəylidir.

Fotoda: Rihat Cəfərov

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.