Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.14.2025 | 22:41 | Baxılıb: 1131
Polşa Prezidenti Karol Navroçki ölkədə əlavə NATO hərbçilərinin yerləşdirilməsinə icazə verən fərman imzalayıb.

“gece.ws” xəbər verir ki, bunu Polşa Milli Təhlükəsizlik Bürosu bəyan edib.

Sənədə əsasən ölkə başçısı “Şərq Qvardiyası” əməliyyatı çərçivəsində ölkədə əlavə NATO hərbçilərinin qalmasına razılıq verib.

Məxfilik əsas gətirilərək qərarın təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, ötən həftə Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Polşa sərhədini pozduğu iddia edilən insidentdən sonra NATO şərq cinahının müdafiəsini gücləndirmək məqsədi ilə “Şərq Qvardiyası” əməliyyatına başlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.