Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.25.2026 | 16:22 | Baxılıb: 1144
Polşa Prezidenti Karol Navrotskinin ofisinin daxili kassasından təxminən 500 000 zlotı (təqribi 237 000 AZN) oğurlanıb. 

“gece.ws” xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. 

Məlumata görə, kassanın idarə olunmasına cavabdeh olan əməkdaşlardan biri digər işçilərin adına saxta borclar rəsmiləşdirib, bu borclardan əldə olunan vəsaitlər isə onun öz hesabına daxil olub. Bu, zərərçəkmişlərdən birinin mövcud olmayan borcun qaytarılması üçün əməkhaqqından qanunsuz tutulmaları aşkar etməsi ilə ortaya çıxıb. 

Maliyyə hesabatlarındakı uyğunsuzluqlar müəyyən edildikdən sonra həmin əməkdaş işdən çıxarılıb, materiallar isə istintaq orqanlarına təhvil verilib. Hazırda dəymiş zərərin dəqiq məbləğinin və zərərçəkənlərin sayının müəyyən edilməsinə başlanılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.