Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.31.2026 | 15:28 | Baxılıb: 1008
Praqada yerləşən “Rus Evi”nə hücumda şübhəli bilinən şəxs saxlanılıb.

“gece.ws” TASS-a istinadən xəbər verir ki, bu barədə mərkəzin rəhbəri İqor Girenko məlumat yayıb.

“Bu gün məlum oldu ki, Praqadakı “Rus Evi”nə qarşı terror aktını törədən cinayətkar saxlanılıb. O, əcnəbidir. Həmçinin məlumdur ki, o, bu cinayəti hələ 2025-ci ilin yayından planlaşdırırmış”, - mərkəzin rəhbəri bildirib.

Girenko həmçinin həmin şəxsin özünün təslim olması barədə mətbuatda yayılmış məlumatları təkzib edib. 

Xatırladaq ki, martın 26-da Praqada yerləşən “Rus Evi”nin binasına altı “Molotov kokteyli” atılıb. “Kokteyl”lərdən üçü partlayaraq binanın fasadını zədələyib. Daha üç şüşə isə binanın ikinci mərtəbədəki kitabxana otağına düşsə də, onların heç biri partlamayıb. Faktla bağlı Çexiyanın Rusiyadakı səfiri Daniel Koştoval Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.