Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.07.2026 | 16:58 | Baxılıb: 862
Albaniya Prezidenti Bayram Beqay martın 7-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

“gece.ws” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bayram Beqay İranın pilotsuz uçuş aparatları ilə Naxçıvana hücumunu qınadığını bildirib.

Prezident İlham Əliyev telefon zənginə, Albaniyanın açıq və qətiyyətli mövqeyinə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafı məmnunluqla vurğulanıb, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və təmasların əlaqələrimizin inkişafına verdiyi töhfəyə toxunulub.

Tərəflər ikitərəfli gündəlikdə yer alan məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.