Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.19.2026 | 12:44 | Baxılıb: 6516
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olarkən kənd sakini Əsəd Əsədovun evində olmuş, ailənin balaca fərdi Gülər isə dövlət başçısından traktor istəmişdi.

“gece.ws” AzTV-yə istinadən xəbər verir ki, İlham Əliyev kiçik sakinin arzusunu reallaşdırıb.

Belə ki, bu günlərdə Əsədovlar ailəsinə traktor hədiyyə olunub.

Xatırladaq ki, daha əvvəl Prezident Xocavənd rayonunun Xanoba kəndində sakinlərlə görüş zamanı balaca Ayazın ondan istədiyi “Kamaz” arzusunu da reallaşdırmışdı.

Daha ətraflı videoda:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.