“gece.ws” xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə səlahiyyətli orqanların yaşayış və bağ evi tikintisi üçün ayırdığı torpaq sahələrinin qeydiyyatına dair tələblər yumşaldılıb. Belə ki, həmin əmlaklar üzərində hüquqların təmin edilməsi zamanı şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələrinin verdiyi torpaqdan istifadə hüququna dair dövlət aktı tələb edilməyəcək.
Bundan başqa, qeydiyyat zamanı sovxoz və yaxud dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış da nəzərə alınacaq.