
“gece.ws” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Bildirilib ki, Azərbaycanın diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə H.Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Hüseyn Quliyev 2012-ci ildən bəri Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiridir. Sabah onun 80 yaşı tamam olacaq.