Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.25.2026 | 11:44 | Baxılıb: 798
Prezident İlham Əliyev Sloveniya Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb.

“gece.ws” xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli xanım Prezident,

Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Sloveniya arasında dostluq münasibətlərinin inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Sloveniya xalqına daim rifah və firavanlıq arzulayıram”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.