Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.21.2026 | 06:53 | Baxılıb: 8956
Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa Dəməşqdə yenidən istifadəyə verilən Əl-Fayha İdman Kompleksinin açılışında maraqlı anlarla yadda qalıb.

“gece.ws” xəbər verir ki, kompleksin yenidən açılışı Suriya və Livan milli basketbol komandaları arasında keçirilən yoldaşlıq oyunu ilə qeyd olunub.

Tədbir çərçivəsində hər iki komandanın təqdimatı baş tutub və stadionun yenilənmiş infrastrukturu ictimaiyyətə nümayiş etdirilib.

Açılış mərasimində Prezident Əhməd əl-Şaraa simvolik olaraq basketbol meydançasına çıxaraq, ilk atışı yerinə yetirməyə cəhd edib. Lakin o, ardıcıl dörd sərbəst atışı səbətə sala bilməyib. Şaraa topu səbətə sala bilmək üçün ona xeyli yaxınlaşmalı olub.

Son cəhddən sonra Prezident zarafatla topu yerə ataraq tədbirdəki iştirakçıları güldürüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.