Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.11.2026 | 00:44 | Baxılıb: 1936
Serbiya Prezidenti Aleksandr Vuçiç dövlət başçısı vəzifəsindən istefa verə biləcəyini və respublikanın Baş naziri postuna öz namizədliyini irəli sürəcəyini bəyan edib.

“gece.ws” xəbər verir ki, Serbiya lideri bu barədə “Belqrad” radiosunun canlı efirində çıxışı zamanı bildirib.

Vuçiç yaxın gələcəkdə postunu tərk etməyə hazırlaşdığını dilə gətirib:

“Mən istefa verməyi planlaşdırıram və bu barədə sizə əvvəlcədən rəsmi məlumat verəcəyəm. Heç kim üçün gözlənilməz heç bir sürpriz olmayacaq”.

Prezident artıq indidən rəsmi iqamətgahındakı iş otağından öz şəxsi əşyalarını yığışdırmağa başladığını vurğulayıb. O, xüsusilə iqamətgahında sayca çox olan kitablarını artıq qutulara qablaşdırdığını qeyd edib.

Qeyd edək ki, Vuçiç mayın 25-də Çinə reallaşdırdığı rəsmi səfəri zamanı da tezliklə istefa ərizəsi yaza biləcəyinin siqnalını vermişdi. Lakin o, ölkənin keçmiş prezidenti Boris Tadiçin nümunəsində olduğu kimi, öz səlahiyyətlərini qanunsuz şəkildə məhdudlaşdırmaq və ya uzatmaq niyyətində olmadığını xüsusi vurğulamışdı.

Məlumat üçün bildirək ki, Aleksandr Vuçiçin ikinci prezidentlik mandatının müddəti 2027-ci ilin yazında başa çatır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.