Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.19.2026 | 13:05 | Baxılıb: 6884
Bakıda avtomobildən gənc oğlanın meyiti tapılıb.

“gece.ws"in əldə etdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektinin Sabunçu rayonundan keçən hissəsində baş verib.

Yolun hərəkət hissəsində qalan “Chevrolet” markalı avtomobil polis əməkdaşlarının diqqətini cəlb edib.

Avtomobilə baxış keçirilərkən sürücünün hərəkətsiz vəziyyətdə olduğu müəyyənləşib. Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həmin şəxsin öldüyü məlum olub.

Xəbəri rus dilində oxuyun: В Баку в припаркованном Chevrolet нашли тело молодого человека

Aparılan araşdırmalarla sükan arxasında ölən sürücünün paytaxt sakini 1999-cu il təvəllüdlü Maarif Hümbətov olması bəlli olub.

Onun ölüm səbəbi araşdırılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.