Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.28.2026 | 22:28 | Baxılıb: 3459
Paytaxtın Babək prospektində yol hərəkəti qaydalarını kobudcasına pozan yük avtomobilinin sürücüsü qəzaya səbəb olub.

“gece.ws” xəbər verir ki, hadisəyə dair görüntülər zərərçəkmiş avtomobilin videoqeydiyyat cihazı tərəfindən lentə alınıb.

Məlum olub ki, “Qazel” markalı yük avtomobilinin sürücüsü birdən-birə 3 zolaq dəyişərək qəfil dönmə hərəkəti edib. Nəticədə həmin avtomobil öz yolu ilə gedən minik avtomobili ilə toqquşub.

Xoşbəxtlikdən avtomobillərə ciddi zərər dəyməyib və xəsarət alan olmayıb.

Hadisə anının görüntülərini təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.