
“gece.ws”ya müraciət edən sürücü bildirib ki, təhlükəli çuxurlardan biri də Heydər Əliyev prospektinin köməkçi yolunda – Bağırov körpüsünün alt hissəsində yaranıb.
Onun sözlərinə görə, çuxura düşən avtomobillərin bəzilərinin təkəri partlayır. Öz maşınının da təkərinin partladığını deyən şikayətçi aidiyyəti qurumları problemi həll etməyə çağırıb.
***
Məsələ ilə bağlı AAYDA-dan bildirilib ki, qurumun əməkdaşları qeyd edilən ünvandakı çuxuru təmir ediblər.
Həmin görüntüləri təqdim edirik:

