Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Psixoloji cəhətdən üstünlük qazandıq” - Riera
 
						“Psixoloji cəhətdən üstünlük qazandıq” 
							 - Riera
Əlavə olunub: 07.16.2025 | 17:30 | Baxılıb: 1267
“Selye”nin baş məşqçisi Albert Riera UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçlarında keçiriləcək “Sabah”la matçdan danışıb.

“gece.ws” xəbər verir ki, o, mövsümə qələbə ilə başlamağın vacib olduğunu vurğulayıb:

“İlk matçdan sonra belə bir hiss yarandı ki, biz fasilələrə çox həssasıq. Buna görə də hazırlıqda oyuna bu cəhətdən daha çox diqqət yetirdik. Probleminiz varsa, amma onu necə həll edəcəyinizi bilirsinizsə, bu, problem deyil, sadəcə, bir çağırışdır. Mövsümə qələbə ilə başlamaq vacib idi. Psixoloji cəhətdən üstünlük qazandıq. Cavab matçına da çox yaxşı hazırlaşmışıq”.

Qeyd edək ki, “Selye” – “Sabah” matçı sabah, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.