Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
PSJ onunla yeni müqavilə imzalamaq istəyir
 
						PSJ onunla yeni müqavilə imzalamaq istəyir
Əlavə olunub: 07.13.2025 | 22:23 | Baxılıb: 814
PSJ futbolçusu Bredli Barkolanı komandada saxlamaq niyyətindədir.

“gece.ws” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Paris klubu yaxın həftələrdə futbolçu ilə yeni müqavilə danışıqlarına başlayacaq. Klub rəhbərliyinin bütün üzvləri Barkolanın komandada qalmasını istəyir.

22 yaşlı vinger ötən mövsüm PSJ-nin heyətində 58 oyuna çıxıb, 21 qol vurub və 19 məhsuldar ötürmə verib. Onun Paris təmsilçisi ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.