Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.04.2025 | 20:45 | Baxılıb: 2232
Rusiya Prezidenti Vladimir Putin ölkədə ilin bütün dövründə hərbi çağırış tədbirlərinin keçirilməsinə icazə verən yeni qanunu imzalayıb.

“gece.ws” xəbər verir ki, bu barədə “RBK” məlumat yayıb.

Sənədə əsasən, il ərzində tibbi müayinələr, psixoloji seçim və çağırış komissiyalarının iclasları fasiləsiz şəkildə keçiriləcək. Lakin qanunda qeyd olunur ki, hərbi xidmətə faktiki göndərişlər əvvəlki qaydada ildə iki dəfə həyata keçiriləcək ki, bunlar da 1 aprel-15 iyul və 1 oktyabr-31 dekabr tarixləridir.

Bildirilib ki, yeni qanunun məqsədi çağırış prosesini daha sistemli və davamlı şəkildə təşkil etmək, eləcə də müdafiə resurslarının idarə olunmasını asanlaşdırmaqdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.