“gece.ws” xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Putin Trampa deyib ki, yaxın 60 gün ərzində Ukraynanın şərqində növbəti eskalasiyanı planlaşdırır. Məqsəd isə özünə məxsus hesab etdiyi bölgələrin inzibati sərhədlərinə qədər irəliləməkdir.
Qeyd olunub ki, Putin Ukrayna ilə müharibədə eskalasiyanı davam etdirməyi açıq şəkildə bəyan edib.
Həmçinin Tramp Fransa Prezidenti Emmanuel Makrona deyib ki, Putin qarşıdakı 60 gün ərzində Ukraynanın bəzi inzibati bölgələrinin sərhədlərinə qədər irəliləmək istəyir və həmin əraziləri yenidən işğal etməyə cəhd göstərəcək.