Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.30.2025 | 00:03 | Baxılıb: 6488
ABŞ Prezidenti Donald Tramp Ermənistan və Azərbaycan arasında uzun illər davam edən münaqişəyə yenidən toxunub.

“gece.ws” xəbər verir ki, bu barədə o Cənubi Koreyada keçirdiyi brifinq zamanı söyləyib.

Tramp çıxışı zamanı iki ölkə arasında baş vermiş 38 illik müharibənin başa çatmasını “tarixi hadisə” adlandırıb:

“Rusiya Prezidenti Vladimir Putin də bu məsələ ilə bağlı mənə zəng edərək təəccübləndiyini dedi. Bu müharibə 38 il davam etdi, milyonlarla insan həlak oldu, amma biz bu münaqişəni aradan qaldıra bildik. İki ölkə tədricən barışır və mənim iştirakımla keçirilən görüşdən cəmi bir saat sonra onların bir-birini qucaqlaması heyrətamiz idi. Hər iki ölkənin liderləri dedi ki, siyasi karyeraları boyunca yalnız bir-birlərinə atəş açıblar”.

Qeyd edək ki, avqustun 8-də Ermənistan və Azərbaycanın dövlət başçıları ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə Donald Trampın iştirakı ilə sülh sazişini paraflayıblar.

Tərəflər həmçinin “Trampın Sülh və Firavanlıq Yolu” (TRIPP) adlı proqramın başlanğıcı barədə sənədlərə də imza atıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.