Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.09.2026 | 12:49 | Baxılıb: 2606
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşməyə hazırdır.  

“gece.ws” xəbər verir ki, bu barədə o, İtaliyanın RAI telekanalına müsahibəsində bildirib.

“Mən Putinlə görüşməyə hazıram. Əlbəttə, nə Moskvada, nə də Kiyevdə. Əgər o mənimlə görüşməyə hazırdırsa, bunun üçün çox yer var”, - Zelenski deyib.

Onun sözlərinə görə, görüş Yaxın Şərqdə, Avropada və ya ABŞ-də baş tuta bilər. Ukrayna lideri Rusiya ilə danışıqların hazırda ABŞ-İran müharibəsi səbəbindən təxirə salındığını qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.