Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.12.2026 | 16:50 | Baxılıb: 1421
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında telefon danışığı olub.

“gece.ws” xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Vladimir Putin və Məsud Pezeşkian telefon danışığı zamanı Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər.

Dövlət başçıları aprelin 11-də İslamabadda keçirilən İran-ABŞ danışıqları ilə bağlı da müzakirə aparıb. İran prezidenti Rusiyanın beynəlxalq platformalar da daxil olmaqla, gərginliyin azaldılmasına yönəlmiş prinsipial mövqeyinə görə minnətdarlığını bildirib. Pezeşkian həmçinin İran xalqına göstərilən humanitar yardıma görə Rusiyaya təşəkkür edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.