Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.25.2026 | 13:44 | Baxılıb: 6974
Lənkəran rayonunda qadına qarşı xuliqanlıq hərəkətləri etmiş şəxs inzibati məsuliyyətə cəlb olunub.

“gece.ws"in əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl rayonun böyük kəndlərindən birində qeydə alınıb.

Polisə müraciət edən qadın avtomobilinin təqib olunduğunu və tanımadığı şəxsin onun evinə kimi gələrək xuliqanlıq hərəkətləri etdiyini bildirib.

Lənkəran ŞRPŞ-nin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü F.Abışov (şərti) saxlanılıb. Məlum olub ki, o, həmin gecə Lənkəranda sahil ərazidə yerləşən obyektlərin birində ad günü məclisində iştirak edib və gecə saat 04 radələrində Xəyal adlı tanışına məxsus “Hyundai Grandeur” markalı avtomobillə oranı tərk edib. F.Abışov maşınla Şilavar kəndindən keçərkən işıqforda dayanan və xanım sürücünün idarə etdiyi avtomobili görüb. Psixatrop maddənin təsiri altında olan şəxs qadının avtomobilini təqib etməyə, işıq siqnalı verərək onu dayandırmağa çalışıb. Qorxu keçirən sürücü maşını yaşadığı evədək sürüb və pəncərələrini bağlayaraq nəqliyyat vasitəsindən enməyib. Bu zaman onun əri və digər şəxslər küçəyə çıxıblar və tərəflər arasında insident baş verib.

Xəbəri rus dilində oxuyun: Любителя дорожных знакомств отправили под арест в Лянкяране

Polis tərəfindən saxlanılan F.Abışov şöbəyə aparılıb və barəsində inzibati protokol tərtib edilib. O, ifadəsində bildirib ki, qadına yaxınlaşmaqda məqsədi sataşmaq deyil, yol soruşmaq olub.

Lənkəran Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxs 1 aylıq həbs edilib.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.