Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.16.2026 | 11:41 | Baxılıb: 1879
Ukraynada qadınların ölkəni tərk etməsinə tətbiq edilən məhdudiyyətlər tam aradan qaldırılıb. 

“gece.ws” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Yuliya Sviridenko bildirib. 

O, hökumətin yeni qərarına əsasən bildirib ki, dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında, dövlət müəssisələrində və məhkəmələrdə tutduqları vəzifələrdən asılı olmayaraq, bütün qadınlar üçün istisnasız olaraq sərhədi keçmə məhdudiyyəti ləğv edilib. 

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Ukraynada vətəndaşların müəyyən kateqoriyaları üçün sərhədi keçmə məhdudiyyətləri tətbiq edilib. Hərbi çağırış yaşında olan kişilərə tətbiq edilən ümumi çıxış qadağası qadınlara şamil edilməsə də, ayrı-ayrı normalar dövlət sektorunda çalışan qadınların ölkədən çıxışını məhdudlaşdırırdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.