Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qahirədə yanğın, 4 ölü, 22 yaralı - Video - Yenilənib
 
						Qahirədə yanğın, 4 ölü, 22 yaralı 
							 - Video - Yenilənib
Əlavə olunub: 07.08.2025 | 10:58 | Baxılıb: 712
Misirin paytaxtı Qahirədə rabitə mərkəzində yanğın baş verib.

“gece.ws” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində 22 nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Yaralı şəxslərə tüstüdən boğulma və birinci dərəcəli yanıq diaqnozu qoyulub.

Qeyd olunub ki, ölkənin telekommunikasiya və internet infrastrukturu da kəsintilərə məruz qalıb.

Yanğının baş vermə səbəbi isə hələlik bəlli deyil.

***

Yanğın nəticəsində 4 nəfər həlak olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.