Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.18.2026 | 12:29 | Baxılıb: 2170
Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə “Liverpul”la qarşılaşacaq Türkiyənin “Qalatasaray” klubunun azarkeşləri İngiltərədə şou göstəriblər.

“gece.ws” xəbər verir ki, axşamkı matça buraxılmayacaq istanbullu tərəfdarlar Liverpul küçələrində atəşfəşanlıq ediblər.

UEFA “Yuventus”la oyundan öncə Turində polislə qarşıdurma yaradan türkiyəli tərəfdarların səfər oyunlarına iştirakına qadağa qoyub. Fanatlar da bu gün komandalarına yalnız Liverpul küçələrində dəstək ola biliblər. 

Qeyd edək ki, ilk matçda “Qalatasaray” 1:0 hesablı qələbə qazanıb.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.