Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.03.2026 | 17:17 | Baxılıb: 3508
Türkiyə Super Liqasında 27-ci turun iki oyunu təxirə salınıb.

“gece.ws” xəbər verir ki, buna səbəb klubların avrokuboklardakı matçlarıdır. Məlumatı Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti yayıb.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində iştirak edən “Qalatasaray”la UEFA Konfrans Liqasında yoluna davam edən “Samsunspor”un oyunu nəzərdə tutulan vaxtda baş tutmayacaq. TFF qarşılaşmaların nə vaxt keçiriləcəyini növbəti günlərdə açıqlayacaq.

Qeyd edək ki, “Qalatasaray” UEFA Çempionlar Liqasında “Liverpul”la (10-18 mart), “Samsunspor” isə Konfrans Liqasında “Rayo Valyekano” ilə (12-19 mart) üz-üzə gələcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.