Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.13.2025 | 18:41 | Baxılıb: 735
İrəvan Ümumi Yurisdiksiya Cinayət Məhkəməsi arxiyepiskop Baqrat Qalstanyanın həbs müddətini daha üç ay uzadıb.

“gece.ws” “Armenpress”ə istinadla xəbər verir ki, qərar hakim Karen Farxoyanın sədrliyi ilə keçirilən iclasda qəbul edilib.

Xatırladaq ki, Qalstanyan 2025-ci il iyunun 26-da saxlanılıb. O, terrorçuluq, kütləvi iğtişaşlar və hakimiyyəti ələ keçirməyə cəhd ittihamları ilə məsuliyyətə cəlb olunub. Arxiyepiskop özünə qarşı irəli sürülən ittihamları qəbul etmir və baş verənləri siyasi təqib adlandırır. Eyni cinayət işi üzrə Ermənistan İstintaq Komitəsi 16 nəfərin barəsində də həbs qərarı verilməsi üçün məhkəməyə müraciət edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.